Fransanın paytaxtı Parisdə keçirilən 2024-cü il Yay Olimpiya Oyunlarında davam edir.
Matc.az xəbər verir ki, ölkəmizi Olimpiya Oyunlarında təmsil edən daha beş idmançısı bu gün mübarizəyə başlayacaq.
İlk olaraq badmintonçu Keişa Fatimə Zəhra yarışa qoşulacaq. O, H qrupunda He Bin Çzyao (Çin) ilə qarşılaşacaq.
Cüdoçulardan Balabəy Ağayev (60 kq) Simon Zulu (Zambiya) - Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi ilə, Leyla Əliyeva Xalimajon Kurbanova (Özbəkistan) ilə görüşəcək.
Güllə atıcısı Ruslan Lunyov 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada hədəfi dəqiq nişan almağa çalışacaq.
Akademik avarçəkmədə isə Diana Dımçenko 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində mübarizə aparacaq.
Xatırladaq ki, daha əvvəl iyulun 25-də Yaylagül Ramazanova kamandan oxatma növündə mübarizəyə qoşulub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.