Türkiyəli güllə atıcısı Şevval İlayda Tarhan Paris-2024 Yay Olimpiya Oyunlarında tarixi nəticəyə imza atıb.

Matc.az xəbər verir ki, qadın idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada 577 xal toplayaraq 7-ci yeri tutub. Bununla da o, Olimpiada tarixində bu növdə finala yüksələn ilk türkiyəli atıcı olub.

O, finaldakı mübarizəsinə iyulun 28-də çıxacaq.

Qeyd edək ki, Paris-2024 Olimpiadasına avqustun 11-də yekun vurulacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest