27 İyul 2024, 21:01
PARİS-2024
Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarına faciəvi hadisə baş verib.
Matc.az xəbər verir ki, boks üzrə Samoa milli komandasının məşqçisi Olimpiya kəndində vəfat edib.
60 yaşlı Lionel Elik Futupaytonun ürəyi dayanıb. Faciə dünən, iyulun 26-da səhər saatlarında baş verib. Futupayto idmançılardan biri ilə otaqda olub və özünü pis hiss edib. Ona təcili yardım göstərməyə çalışdıqları bildirilir.
Qeyd edək ki, Paris-2024 Olimpiadasına avqustun 11-də yekun vurulacaq.