Rusiyanın ən köklü klublarından biri olan "Dinamo" satılıb. Matc.az saytının məlumatına görə, Moskva təmsilçisinin VTB bank alıb.

Belə ki, 5.3 milyard rus rublu miqdarında borcu olan klubun öhdəliklərini bank öz üzərinə götürüb. Satış isə simvolik məbləğə - 1 rubla reallaşıb.

Mövcud borc isə 8 il müddətində hissə-hissə ödəniləcək.

Klubun direktorlar şurasının sədri vəzifəsinə isə bankın vitse-prezidenti Yuri Solovyev təyin olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest