FİFA Kanadanın qadınlardan ibarət milli komandasını cəzalandırıb.
Matc.az xəbər verir ki, bu barədə dünyanın ali futbol qurumu məlumat yayıb.
Kanada yığmasının baş məşqçisi Beverli Priston Paris-2024-də Yeni Zelandiya ilə oyundan öncə rəqibin məşq prosesini dronla izləyib. Daha sonra Yeni Zelandiya Olimpiya Komitəsi məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə şikayət edib.
Kanada Olimpiya Komitəsi isə bu xəbərdən şoka düşdüklərini bildirib və hadisəyə görə üzr istəyib. Beverli Priston bu hərəkətinə görə vəzifəsindən qovulub.
FİFA Apellyasiya Komitəsinin qərarına əsasən, Kanada millisi 6 xaldan məhrum edilib və 200 min İsveçrə frankı məbləğində cərimələnib. Bundan başqa, yığmanın 3 üzvü bir il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.