"Liverpul"un baş məşqçisi Yürgen Klopp çempionlar Liqasının yarımfinal mərhələsinin "Barselona" ilə oyunundan əvvəl jurnalistlərin suallarını cavablandırıb. Matc.az saytının məlumatına görə, alman çalışdırıcı maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib.
Klopp məğlubiyyətin əslində dərman olduğunu deyib: "Məğlubiyyət çox maraqlı təcrübədir. Heç vaxt uduzmaq istəmirsən, ancaq bu, yaxşı dərmandır. Məğlub olmusansa, bundan nəticə çıxarmalısan. Son 6 finalda məğlub olmuşam. Demək olmaz ki, həmin vaxtlar həyatımın ən gözəl günləri olub, amma məğlubiyyətlər məni sındırmayıb. Həyatda əsas məqsədim yenidən toparlanmaqdır. Hər şey təcrübədən və onu necə istifadə edəcəyindən asılıdır".
Qeyd edək ki, iki komanda arasındakı görüş sabah saat 23:00-da start götürəcək.