Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Matc.az xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində kubalı Xulio Sesar la Krusla ilə üz-üzə gəlib.

İkiqat Olimpiya çempionu olan rəqibinə qalib gələn təmsilçimiz adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, Dominqesin növbəti döyüşü avqustun 1-də baş tutacaq. O, növbəti mərhələdə qazaxıstanlı boksçu Aybek Oralbay ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest