Polşa millisinin voleybolçusu Aqneşka Kornelyuk Yaponiya ilə görüşdə bir oyunda bloklar üzrə Olimpiya rekordunu təkrarlayıb.

Matc.az xəbər verir ki, Kornelyuk dörd set ərzində səkkiz effektiv blok edib.

Daha əvvəl bu nəticəni üç voleybolçu göstərə bilib. 2004-cü ildə Afinada keçirilən Olimpiya oyunlarında rusiyalı Yekaterina Qamova və çinli Fenq Kun bir opyunda səkkiz blok edib. Rio-2016-da bu rekorda Kamerunlu voleybolçu Stefani Fotso nail olub.

Qeyd edək ki, Polşanın qadınlardan ibarət yığması 2024-cü il Olimpiadasının qrup mərhələsinin açılış oyununda Yaponiya yığmasını 3:1 hesabı ilə məğlub edib. Bu görüşdə ən məhsuldar voleybolçu 24 xalla yaponiyalı hücumçu Sarina Nişida olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest