Bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında 1/4 finala yüksələn Azərbaycan boksçusu Alfonso Dominqes deyib. 92 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarışa çox yaxşı hazırlaşdığını bildirib.
“Bu, son deyil, qarşıda döyüşlər var. Daha da irəli getmək lazımdır”.
Matc.az xəbər verir ki, bu sözləri Paris-2024 Yay Olimpiya Oyunlarında 1/4 finala yüksələn Azərbaycan boksçusu Alfonso Dominqes deyib.
92 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarışa çox yaxşı hazırlaşdığını bildirib:
“Çox çətin döyüş oldu. Yaxşı məşq keçmişəm. Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir, buna görə də təşəkkürümü bildirirəm. Məşqçilərimə və bütün komanda üzvlərinə dəstəyə görə minnətdaram. Bu gün mənim günüm idi. Qələbə qazanmağı bacardım. Hər şey qaydasındadır”.
Qeyd edək ki, Alfonso Dominqes 1/8 finalda Xulio Sezar la Krusla (Kuba) üz-üzə gəlib. O, inamlı döyüş sayəsində ikiqat Olimpiya çempionuna 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə qalib gəlib.
Boksçumuz 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gələcək. Döyüş avqustun 1-də keçiriləcək.