"Barselona"nın baş məşqçisi Ernesto Valverde çempionlar Liqasının yarımfinal mərhələsinin "Liverpul"la oyunundan əvvəl mətbuat konfransı keçirib. Matc.az saytının məlumatına görə ispaniyalı mütəxəssis maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib.

O, "Liverpul"un əla komanda olduğunu bildirib: "Rəqibimizin Premyer Liqada "Mançester Siti" ilə çempionluq mübarizəsi apardığını bilirik. çox möhkəm komandadır. Əla hücumçulara malikdir. Sürətli pressinq edirlər. Klopp "Borussiya"dakı uğurunu davam etdirir. Bu mövsüm Premyer Liqada cəmi bir oyunda uduzublar. Bu da onların əsl gücünü göstərir. La Liqada çempionluğu təmin etməyimiz rəqibə nisbətən üstünlüyümüzdür. "Liverpul" bizimlə müqayisədə daha yorğun olacaq. Ancaq çempionlar Liqasının yarımfinalında yorğunluq əhəmiyyətli deyil".

Qeyd edək ki, iki komanda arasındakı oyun sabah saat 23:00-da start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest