Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında davam edir.
Matc.az xəbər verir ki, ölkəmizi Olimpiya Oyunlarında təmsil edən daha altı idmançımız bu gün mübarizəyə başlayacaq.
İlk olaraq badmintonçumuz Keişa Fatimə Zəhra N qrupunun II mərhələsində Böyük Britaniya idmançısı Kirsti Gilmurla qarşılaşacaq. Zəhra ilk turda çinli He Bin Çzyaoya hər iki setdə məğlub olmuşdu. Digər badmintonçumuz Edi Reski Dviçayo, axşam saatlarında, E qrupunun ilk turunda Avstriya təmsilçisi Kollins Filimon ilə qarşılaşacaq.
Qılıncoynatmanın sablya növü üzrə ölkəmizi təmsil edən Anna Başta 1/16 finalda çinli Hon Yu Yan ilə üz-üzə gələcək.
Azərbaycanın əsas medal ümidlərindən biri olan, -73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov Tohar Butbul (İsrail) / Messaud Dris (Əlcəzair) cütünün qalibi ilə tatamiyə çıxacaq.
+92 kq çəki dərəcəsində yarışan bokçumuz Məhəmməd Abdullayev 1/8 final mərhələsində Almaniya təmsilçisi Nelvi Tiafak ilə rinqdə qarşılaşacaq. Axşam saatlarında isə 63,5 kq çəki dərəcəsində mübarizə aparan Malik Həsənov 1/8 finalda gürcüstanlı Laşa Quruli ilə rinqə çıxacaq.
10:30. Badminton (qadınlar, fərdi), N qrupu, II tur
Keişa Fatimə Zəhra – Kirsti Gilmur (Böyük Britaniya)
12:25. Qılıncoynatma (qadınlar, sablya), 1/16 final
Anna Başta – Hon Yu Yan (Çin)
12:00. Cüdo (kişilər, -73 kq), 1/8 final
Hidayət Heydərov – Tohar Butbul (Serbiya) / Messaud Dris (Əlcəzair) cütünün qalibi
14:52. Boks (kişilər, +92 kq), 1/8 final
Məhəmməd Abdullayev – Nelvi Tiafak (Almaniya)
21:30-22:20. Badminton (kişilər, fərdi), E qrupu, I tur
Edi Reski Dviçayo – Kollins Filimon (Avstriya)
22:48. Boks (kişilər, 63,5 kq), 1/8 final
Malik Həsənov – Laşa Quruli (Gürcüstan)