Fransalı üzgüçü Leon Marşan Parisdə keçirilən Olimpiya Oyunlarında 400 metr məsafəyə qarışıq üsulla üzgüçülükdə Olimpiya çempionu olub.
Fransalı üzgüçü Leon Marşan Parisdə keçirilən Olimpiya Oyunlarında 400 metr məsafəyə qarışıq üsulla üzgüçülükdə Olimpiya çempionu olub.
Matc.az xəbər verir ki, o, 2008-ci ildə Maykl Felpsin əvvəlki 4 dəqiqə 3,84 saniyəlik rekordunu üstələyərək, 4 dəqiqə 2,95 saniyəlik nəticə ilə yeni Olimpiya rekorduna imza atıb.
Marşand üçün bu, karyerasında ilk Olimpiya qızıl medalıdır. Maraqlıdır ki, o, məsafənin son metrlərində əvvəllər 4 dəqiqə 2,50 saniyə ilə müəyyən etdiyi öz dünya rekordunu qıra bilməyib.
Yarışı yaponiyalı Tomoyuki Matsuşita 4 dəqiqə 8,62 saniyə ilə gümüş medal, amerikalı Karson Foster isə 4 dəqiqə 8,66 saniyə nəticə ilə bürünc medalla başa vurub.