Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın daha 6 idmançısı mübarizə aparacaq. Matc.az xəbər verir ki, onlardan yalnız biri əvvəldən yarışa qoşulub.

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın daha 6 idmançısı mübarizə aparacaq. Matc.az xəbər verir ki, onlardan yalnız biri əvvəldən yarışa qoşulub.

Bu, badmintonçu Keişa Fatimə Zəhradı. O, qrup mərhələsində sonuncu görüşünə çıxacaq. Digər badmintonçumuz Edi Reski Dviçayo isə ilk matçını keçirəcək.

Cüdo üzrə milli komandamızın lideri hesab olunan Hidayət Heydərov olimpiadaya 1/8 finaldan başlayacaq. Dünya və Avropa çempionuna inam böyükdü. Sablyaçı Anna Başta isə 1/16 finalda körpücüyə çıxacaq.

Eyni zamanda, boksçularımız Malik Həsənov və Məhəmməd Abdullayev Paris-2024-də ilk görüşlərini keçirəcəklər. Hər ikisi 1/4 finala yüksəlməyə çalışacaq.

Bu gün olimpiadada ümumilikdə 19 dəst medal sahibini tapacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest