30 Aprel 2019, 22:25
FUTBOL
Türkiyə Super Liqasında yeni baş məşqçi təyinatı reallaşıb. Matc.az saytının məlumatına görə, "Malatyaspor"un yeni çalışdırıcısı müəyyənləşib.
"Sarı-qırmızılar" Ali Ravcıya həvalə olunub. 46 yaşlı mütəxəssis mövsümün sonuna kimi komandaya rəhbərlik edəcək. O, bu postda Erol Bulutu əvəzləyib.
Qeyd edək ki, "Malatyaspor" 30 turdan sonra Türkiyə Super Liqasında 41 xalla 7-ci pillədə qərarlaşıb.