Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında triatlon yarışları təxirə salına bilər. Matc.az xəbər verir ki, buna səbəb Sena çayında suyun keyfiyyətinin qənaətbəxş olmamasıdı.

Bu səbəbdən triatlonçuların bu günə planlaşdırılan məşqi ləğv edilib. Hazırda sabahkı yarışın başqa vaxta keçirilməsi müzakirə olunur. Kişilərin və qadınların da eyni gündə çıxışı istisna edilmir.

Qeyd edək ki, Azərbaycan triatlonçusu Rostislav Pevtsov da Paris-2024-də yarışacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest