29 İyul 2024, 16:22
PARİS-2024
Başta 1/8 finalda olimpiadaların dördqat mükafatçısı Olqa Xarlana məğlub olub.
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qılıncoynatma yarışı davam edir. Matc.az xəbər verir ki, Azərbaycan qılıncoynadanı Anna Başta ilk görüşünü keçirib.
28 yaşlı sablyaçı 1/16 finalda çinli Yanq Henqyu ilə qarşılaşıb. Görüş sablyaçımızın 15:9 hesablı qələbəsi ilə yekunlaşıb.
Başta 1/8 finalda olimpiadaların dördqat mükafatçısı Olqa Xarlanla (Ukrayna) üz-üzə gəlib. İdmançımız rəqibinə 6:15 hesabı ilə uduzub və olimpiadada çıxışını dayandırıb.