29 İyul 2024, 17:01
PARİS-2024
Paris-2024 Yay Olimpiya Oyunlarında rekord qeydə alınıb. Matc.az xəbər verir ki, 61 yaşlı stolüstü tennisçi Ni Xialian unikal rekord müəllifi olub.
Lüksemburq təmsilçisi 1/32 finalda türkiyəli Sibel Altınkayaya qalib gələrək, olimpiadalarda qalib gələn ən yaşlı stolüstü tennisçi olub.
Xialianın növbəti rəqibi özündən 38 yaş kiçik Sun Yinqşa (Çin) olacaq.