Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında davam edir.

Matc.az xəbər verir ki, bu gün ölkəmizi Olimpiya Oyunlarında təmsil edən daha səkkiz idmançımız uğurlu nəticələr əldə etmək üçün mübarizəyə qoşulacaq.

Səhər saatlarında triatlonçumuz Rostislav Pevtsov qüvvəsini sınayacaq.

2000 m akademik avarçəkmə üzrə təsnifat mərhələsində ilk “üçlük”də yer alaraq mərhələ adlayan Diana Dımçenko 1/4 finalda yarışacaq.

-81 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Zelim Tçkayev Umar Alfa Djalo (Fransa)/Abdelrahman Abdelqani (Misir) cütünün qalibi ilə tatami üzərinə çıxacaq.

Üzgücülükdə Ramil Vəlizadə təsnifat mərhələsində iştirak edəcək.

Bu gün iki boksçumuz rinqə çıxacaq. Nicat Hüseynov (-51 kq) Yunior Alkantara Reyeslə (Dominikan Respublikası), Murad Allahverdiyev (-80 kq) isə Abdelrahman Abelqavvadla (Misir) qarşılaşacaq.

Kamandan oxatmada Yaylagül Ramazanova 1/32 finalda çinli An Çi Şuan ilə yarışacaq.

Günü sonunda qadınlar arasında 3x3 basketbol görüşündə Azərbaycan İspaniya ilə qarşılacaq.

10:00. Triatlon (kişilər, fərdi)
Rostislav Pevtsov

11:30. Akademik avarçəkmə (qadınlar, fərdi), 1/4 final
Diana Dımçenko 

12:00. Cüdo (kişilər, - 81 kq), 1/8 final
Zelim Tçkayev – Umar Alfa Djalo (Fransa)/Abdelrahman Abdelqani (Misir) cütünün qalibi

13:00. Üzgüçülük (kişilər, 200 m batterflay), Təsnifat mərhələsi
Ramil Vəlizadə

17:30. Boks (kişilər, -51 kq), 1/8 final
Nicat Hüseynov – Yunior Alkantara Reyes (Dominikan Respublikası)

18:34. Boks (kişilər, -80 kq), 1/8 final
Murad Allahverdiyev – Abdelrahman Abelqavvad (Misir)

20:11. Kamandan oxatma (qadınlar, fərdi), 1/32 final
Yaylagül Ramazanova – An Çi Şuan (Çin)

23:00. Basketbol (qadınlar, 3X3), ilk oyun
Azərbaycan – İspaniya

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest