Yarışın iyulun 31-də keçirilə biləcəyi qeyd olunub.

Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün baş tutmalı olan triatlon yarışı təxirə salınıb. Matc.az xəbər verir ki, buna Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəb olub.

Azərbaycan təmsilçisi Rostislav Pevtsovun da mübarizə aparacağı yarışın iyulun 31-də keçirilə biləcəyi qeyd olunub. Lakin bu, hələ dəqiq məlumat deyil.

Qeyd edək ki, çirklilik səviyyəsi yüksək olduğuna görə Sena çayında 1923-cü ildən çimmək qadağan edilib. Bununla belə, bu il Sena çayında bəzi yarışlar keçirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest