"Məğlubiyyətə görə heç kimi qınamıram".

“Bacarığımdan artığını etdim, qızıl medal qazanmaq istəyirdim. Uduzsam da, döyüş inanılmaz idi”. Matc.az xəbər verir ki, bunu fransalı cüdoçu Joan-Benjamin Qaba deyib.

Paris-2024 Yay Olimpiya Oyunlarında finalda Hidayət Heydərova məğlub olan 23 yaşlı cüdoçu həlledici görüşü şərh edib.

O, Hidayətin çox güclü idmançı olduğunu vurğulayıb: “Bəlkə də heç kim məndən Olimpiya çempionluğu gözləmirdi. Amma mən sonadək özümə inanırdım. Məğlubiyyətə görə heç kimi qınamıram, Hidayət çox güclüdü. Gümüş medal da pis nəticə deyil, bunun üçün xoşbəxtəm. Növbəti olimpiadada “qızıl” üçün güləşəcəyəm”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest