İspaniya basketbol millisinin üzvü Rudi Fernandes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında zədələnib. Matc.az xəbər verir ki, 39 yaşlı oyunçu A qrupunun II turunda Yunanıstanla qarşılaşmada xəsarət alıb.

O, görüşün gedişində komanda yoldaşı ilə toqquşaraq sıradan çıxıb. Fernandes həkimlərin köməyi ilə meydanı tərk edib. Basketbolçunun zədəsinin durumu müayinədən sonra bilinəcək. İspanlar qarşılaşmada 84:77 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest