30 İyul 2024, 17:49
PARİS-2024
Azərbaycan boksçusu Nicat Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib. Matc.az xəbər verir ki, o, 51 kq çəki dərəcəsində 1/8 final mərhələsində dominikanlı Junior Alkantara Reyeslə qarşılaşıb.
Görüş rəqib boksçunun qələbəsi ilə yekunlaşıb. Bununla da Nicat üçün olimpiada bitib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.