1/16 final mərhələsində idmançımız almaniyalı Miçelle Kroppen ilə qarşılaşmada 6:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında davam edir.

Matc.az xəbər verir ki, bu gün ölkəmizi kamandan oxatmada təmsil edən Yaylagül Ramazanova 1/32 finalda çinli An Çi Şuanı 6:5 hesabı ilə məğlub edərək 1/16 final mərhələsinə yüksəlib.

Bu mərhələdə idmançımız almaniyalı Miçelle Kroppen ilə qarşılaşmada 6:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest