Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunların davam edir.
Matc.az xəbər verir ki, bu gün ölkəmizi Olimpiya Oyunlarında təmsil edən idmançımız uğurlu nəticələr əldə etmək üçün mübarizə aparacaqlar.
-90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən cüdoçumuz Elcan Hacıyev 1/16 final mərhələsində qardaş Türkiyə idmançısı Mixael Zqank ilə qarşılaşacaq.
Akademik avarçəkmədə millimizin üzvü Diana Dımçenko C/D yarımfinalında yarışacaq.
Təmsilçimiz Rostislav Pevtsovun da mübarizə aparacağı triatlon yarışları Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən təxirə salınıb.
Badmintonçumuz Edi Reski Dviçayo E qrupunun II turunda danimarkalı Anders Antonsen ilə üz-üzə gələcək.
Günün sonunda qadınlar arasında 3x3 basketbol görüşündə Azərbaycan ABŞ ilə qarşılacaq.
12:00. Cüdo (kişilər, -90 kq), 1/16 final
Elcan Hacıyev – Mixael Zqank (Türkiyə)
12:14. Akademik avarçəkmə (qadınlar, fərdi), C/D yarımfinal
Diana Dımçenko
12:45. Triatlon (kişilər, fərdi), Təxirə salınıb
Rostislav Pevtsov
16:30-dək. Badminton (kişilər, fərdi), E qrupu, II tur
Edi Reski Dviçayo – Anders Antonsen (Danimarka)
23:30. Basketbol (qadınlar, 3X3) II tur
Azərbaycan – ABŞ