31 İyul 2024, 09:37
PARİS-2024
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının triatlon yarışı növbəti dəfə təxirə salınıb. Matc.az xəbər verir ki, buna səbəb Sena çayında suyun keyfiyyətinin qənaətbəxş olmamasıdı.
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının triatlon yarışı növbəti dəfə təxirə salınıb. Matc.az xəbər verir ki, buna səbəb Sena çayında suyun keyfiyyətinin qənaətbəxş olmamasıdı.
Yarışın təşkilatçıları bu səbəbdən təxirəsalma barədə qərar qəbul ediblər. Lakin yarışın nə vaxt baş tutacağı hələ bəlli deyil. Bu isə o deməkdi ki, Azərbaycan idmançısı Rostislav Pevtsovun qatılacağı turnir qeyri-müəyyən vaxta keçirilib.
Qeyd edək ki, kişi triatlonçuların yarışı daha əvvəl iyulun 30-dan 31-nə təxirə salınmışdı.