Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb. Matc.az xəbər verir ki, o, 90 kq çəki dərəcəsində mübarizə aparır.

Hacıyev 1/16 finalda Türkiyə təmsilçisi Mixael Zqankla qarşılaşıb. Rəqibini məğlub edən təmsilçimiz 1/8 finala yüksəlib. Onun növbəti rəqibi Maksim Qael Hambo (Fransa, dünya reytinqi 38-ci) olub. E.Hacıyev ipponla uduzaraq olimpiadada mübarizəni dayandırıb.

 
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest