“Konfrans Liqasında yolumuza davam etmək üçün bütün gücümüzü ortaya qoymalı olduq. İlk matçın hesabını nəzərə alaraq, müdafiəni unutmamaq şərtilə hücumlar qurmağa çalışdıq".
“Çox ağır və gərgin oyun keçirdik”. Matc.az xəbər verir ki, bu sözləri “Fehervar” klubunun yarımmüdafiəçisi Bence Bedi deyib.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda evdə “Sumqayıt”la qolsuz heç-heçə edən Macarıstan təmsilçisi növbəti mərhələyə adlayan tərəf olub. İlk görüşdə 2:1 hesablı qələbə qazanmaqları macarların işinə yarayıb.
Cavab görüşündən (0:0) sonra klubun rəsmi saytına açıqlama verən Bedi nəticəni şərh edib. O, komandasının növbəti mərhələyə adlamağa layiq olduğunu vurğulayıb: “Konfrans Liqasında yolumuza davam etmək üçün bütün gücümüzü ortaya qoymalı olduq. İlk matçın hesabını nəzərə alaraq, müdafiəni unutmamaq şərtilə hücumlar qurmağa çalışdıq. Bir neçə dəfə yaxşı hücum həyata keçirə bildik, amma epizodları dəyərləndirə bilmədik. Qol vəziyyətlərindən istifadə etmək baxımından bir az axsayırıq. Ancaq hücumda daha effektiv olmaq üçün üzərimizdə çox çalışırıq. Əminəm ki, komandamız növbəti matçlarda daha çox qol vuracaq”.