"Anderlext" klubu ağır cəzaya məruz qalıb. Buna ölkə çempionatının pley-off mərhələsində "Standard"la keçirilən IV tur oyununda azarkeşlərin hərəkəti səbəb olub. Qarşılaşma zamanı "Anderlext" fanatları mütəmadi oaraq pirotexniki vasitələrdən istifadə edib
"Anderlext" klubu ağır cəzaya məruz qalıb. Matc.az saytının məlumatına görə, buna ölkə çempionatının pley-off mərhələsində "Standard"la keçirilən IV tur oyununda azarkeşlərin hərəkəti səbəb olub.
Belə ki, qarşılaşma zamanı "Anderlext" fanatları mütəmadi oaraq pirotexniki vasitələrdən istifadə edib, birinci hissədə meydana fişənglər atıblar. Nəticədə oyun 32-ci dəqiqədə "Standart" 2:0 hesabı ilə öndə olarkən dayandırılıb. Baş verənləri araşdıran Belçika Futbol Federasiyası "Anderlext"ə 0:5 hesablı texniki məğlubiyyət verib.