Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunların davam edir.

Matc.az xəbər verir ki, bu gün dörd idman növündə ölkəmizi Olimpiya Oyunlarında təmsil edən idmançılarımız yarışacaqlar.

Qadınlar arasında 3x3 basketbolda Azərbaycan bu gün də iki görüş keçirəcək. İlk oyun Avstraliya ilə, ikinci qarşılaşma isə Çin yığması ilə olacaq.

+100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən, dünya reytinqinin 17-ci Uşanqi Kokauri 1/16 final mərhələsində, reytinqdə 14-cü olan braziliyalı Rafael Silva ilə qarşılaşacaq.

Batut gimnastikasında qadınların təsnifat mərhələsində təmsilçimiz Selcan Mahsudova mübarizəyə qoşulacaq.

-80 kq çəki dərəcəsində yarışan boksçumuz Murad Allahverdiyev 1/4 final mərhələsində Qazaxıstan təmsilçisi Nurbek Oralbay ilə rinqə çıxacaq.

11:30. Basketbol (qadınlar, 3X3), V mərhələ
Azərbaycan
Avstraliya

12:00. Cüdo (kişilər, +100 kq), 1/16 final
Uşanqi Kokauri Rafael Silva (Braziliya)

14:00. Batut gimnastikası (qadınlar), təsnifat mərhələsi
Selcan Mahsudova

19:22. Boks (kişilər, 80 kq), 1/4 final
Murad Allahverdiyev
Nurbek Oralbay (Qazaxıstan)

19:30. Basketbol (qadınlar, 3X3), VI tur
Azərbaycan
Çin

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest