İlk təsəlliverici görüşdə passiv oyun göstərən Kokauri 3 şido xəbərdarlığı ilə kubalı cüdoçu Endi Qranda məğlub olaraq Olimpiadada çıxışını yekunlaşdırıb.

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib. Matc.az xəbər verir ki, 100 kq-dan yuxarı çəkidə çıxış edən milliləşdirilmiş gürcüstanlı idmançı 1/4 finalda məğlub olub.

Kim Minyonqla (Cənubi Koreya) üz-üzə gələn təmsilçimiz ilk iki görüşdən fərqli olaraq, bu dəfə özü ipponla yenilib.

Bürünc medal şansı qalan Kokauri təsəlliverici görüşə qatılıb. İlk təsəlliverici görüşdə passiv oyun göstərən Kokauri 3 şido xəbərdarlığı ilə kubalı cüdoçu Endi Qranda məğlub olaraq Olimpiadada çıxışını yekunlaşdırıb.

Qeyd edək ki, Uşanqi Kokauri 1/16 finalda Rafael Silvanı (Braziliya), 1/8 finalda isə Martti Puumalaineni (Finlandiya) üstələmişdi.

*****************

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib. Matc.az xəbər verir ki, 100 kq-dan yuxarı çəkidə çıxış edən milliləşdirilmiş gürcüstanlı idmançı 1/8 finaldan da üzüağ çıxıb.

Martti Puumalainen (Finlandiya) ilə üz-üzə gələn təmsilçimiz yenə ipponla qalib gəlib və adını 1/4 finala yazdırıb. Onun bu mərhələdəki rəqibi Koreya cüdoçusu Kim Minyonq olacaq. Minyonq mayda keçirilən dünya çempionatında qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Uşanqi Kokauri 1/16 finalda Rafael Silvanı (Braziliya) üstələmişdi.

*****************

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib. Matc.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yarışan idmançı 1/16 final mərhələsində Rafael Silva (Braziliya) ilə qarşılaşıb.

Qələbə qazanan Kokauri 1/8 finala vəsiqə əldə edib. Onun növbəti görüşü Finlandiya təmsilçisi Martti Puumalainenə qarşı olacaq.

Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu adını qazanıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest