Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Parisə yollanıb. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Qaşımla birlikdə məşqçisi Məmməd Abdullayev və partnyoru Əliəskər Əliyev də Fransaya yola düşüb.

Qeyd edək ki, Qaşım Maqomedov 58 kq çəki dərəcəsində yarışacaq. Olimpiadada taekvondo yarışları avqustun 7-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest