Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
Matc.az xəbər verir ki, 20 yaşlı idmançı təsnifat mərhələsində ikinci cəhdində 53.750 xal toplayıb.
O, yekunda 16 iştirakçı arasında 10-cu olub. Mahsudova “8-liy”ə düşə bilmədiyi üçün mübarizəni dayandırıb.
****************
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Matc.az xəbər verir ki, 20 yaşlı idmançı təsnifat mərhələsində çıxış edir.
O, ilk cəhdində 42,950 xala layiq görülüb. Azərbaycan təmsilçisi hələlik 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.