Gürcüstanlı cüdoçu Quram Tuşişvili Paris-2024 Yay Olimpiya Oyunlarından kənarlaşdırılıb.

Matc.az xəbər verir ki, cüdoçunun diskvalifikasiyasına səbəb onun qeyri-idman hərəkəti olub.

Belə ki, Tuşişvili 1/4 finalda fransalı Teddi Rinerə ipponla uduzub. O, sonda döşəkdən qalxmağa çalışan zaman rəqibini kobud formada itələyib. Bu hərəkətdən sonra hakimlər onu yarışdan uzaqlaşdırıblar.

Quram bürünc medal uğrunda təsəlliverici döyüşlərdə iştirak etmək hüququndan məhrum olub. Nəticədə onunla güləşməli olan özbəkistanlı Alişer Yusupov üçüncü yer uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, bu çəkidə Azərbaycan cüdoçusu Uşanqi Kokauri təsəlliverici görüşdə kubalı Andi Qranda ilə üz-üzə gələcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest