Azərbaycan cüdo üzrə milli komandası Paris-2024 Yay Olimpiya Oyunlarındakı çıxışını yekunlaşdırıb.

Azərbaycan cüdo üzrə milli komandası Paris-2024 Yay Olimpiya Oyunlarındakı çıxışını yekunlaşdırıb.

Matc.az xəbər verir ki, cüdoçularımız Paris Olimpiadasını iki qızıl medalla başa vurublar.

Belə ki, Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) Olimpiya çempionu olublar.

Beləliklə, son iki çəki dərəcəsinin nəticələrindən asılı olmayaraq Azərbaycan cüdo millisi Olimpiya Oyunlarını Yaponiyadan (3 qızıl, 1 gümüş və 3 bürünc) sonra ikinci sırada tamamlayıb.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçulardan başqa, boksçu Alfonso Dominqes (-92 kq) yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest