Olimpiya Oyunlarının təşkilat komitəsinin rəhbəri Toni Estanqe avqustun 11-də keçiriləcək bağlanış mərasiminin açılış mərasimi kimi rəngarəng olacağını bildirib.
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunların davam edir.
Matc.az xəbər verir ki, Olimpiya Oyunlarının təşkilat komitəsinin rəhbəri Toni Estanqe avqustun 11-də keçiriləcək bağlanış mərasiminin açılış mərasimi kimi rəngarəng olacağını bildirib.
“Bağlanış mərasimi də açılış mərasimi kimi rəngarəng olacaq. Hamımızı unudulmaz bir tamaşa gözləyir. Və biz bunu səbirsizliklə gözləyirik. Bəzi səhnələrdən kimsə incidisə, üzr istəyirik. Amma biz həm də sənətçilərin üzərinə düşən tənqid dalğasını pisləyirik”.
Qeyd edək ki, 2024-cü il Olimpiadasının açılış mərasimi iyulun 26-da baş tutub. Qalmaqallı şou dünya ictimaiyyətinin mübahisəli reaksiyasına səbəb olub. Mərasim hər biri insanlıq və idman rəmzləri ilə adlandırılan 12 hissədən ibarət olub: cazibə, sinxronluq, azadlıq, bərabərlik, qardaşlıq, bacılıq, idmançılıq, şənlik, qaranlıq, təntənə, həmrəylik və əbədiyyət.