Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında qarışıq cüdo üzrə komandalar arasında təəccüb doğuran, qeyri-bərabər görüş baş tutub.
Matc.az xəbər verir ki, dördqat Olimpiya çempionu, dəfələrlə dünya çempionu fransalı Teddi Riner və Cənubi Koreyadan olan 2024-cü il Olimpiya Oyunlarının bürünc mükafatçısı Li Yonq-Hvan tatamidə üz-üzə gəliblər.
İdmançılar arasındakı bariz fərq təkcə titullarının sayında deyil, həm də cüdoçuların ölçülərindədir. Onların arasında çəki fərqi 62 kq olub. Bundan əlavə, 145 kq çəkisi olan Rinerin boyu 204 sm, Yonq-Hvanın (-81 kq) boyu isə 170 sm-dən çox deyil.
Cüdoçuların döyüşü cəmi 90 saniyə çəkib. Teddi 10:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Fransa - Cənubi Koreya matçının ümumi hesabı 4:1 fransızların xeyrinə başa çatıb.