Paris-2024 Yay Olimpia Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçuları vətənə qayıdıblar.

Matc.az xəbər verir ki, onlar üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında xüsusi ansanblın müşayiəti ilə qarşılama mərasimi təşkil edilib.

Qarşılama mərasimində idmançıların qohumları, rəsmilər və digər şəxslər iştirak edib.

Qeyd edək ki, XXXIII Yay Olimpia Oyunlarında Azərbaycan cüdoçuları Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Parisdə Dövlət Himnimizi səsləndiriblər.

Bununla da Azərbaycan Olimpiadanın cüdo yarışlarında medal sıralamasında ikinci yeri tutub.

Bu göstərici Azərbaycan cüdosunun tarixində bir ilkdir.

APA

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest