04 Avqust 2024, 14:57
PARİS-2024
Bu gün Azərbaycanı Paris-2024-də çəkicatma yarışında təmsil edən Anna Skidan mübarizəyə qoşulub.
Matc.az xəbər verir ki, atletimiz təsnifat mərhələsində finala vəsiqə qazanmaq üçün yarışıb.
İlk iki cəhdi (69,58 və 69,04 metr) uğursuz alınan Skidan, üçüncü cəhdində 72,55 metr göstərici ilə 6-cı sırada qərarlaşa bilib. Bu nəticə ilə təmsilçimiz finala vəsiqə qazanıb.
Final mərhələsinə 12 iştirakçı üç cəhddə ilk səkkizliyə düşmək üçün mübarizə aparacaq. Yarışın mükafatçıları növbəti səkkizliyə düşən idmançılar arasında müəyyənləşəcək.
Qeyd edək ki, qadınların çəkicatma yarışlarında qaliblər avqustun 6-da müəyyən olunacaq.