Həm medal əyarında, həm də sayında bu günə olan sıralamada 30 qızıl, 38 gümüş və 35 bürünc (cəmi 103 medal) medal qazanan ABŞ-ın zirvədəki hegemonluğu davam edir.

Fransanın paytaxtı Parisdə keçirilən 2024-cü il Yay Olimpiya Oyunları davam edir.

Matc.az xəbər verir ki, həm medal əyarında, həm də sayında bu günə olan sıralamada 30 qızıl, 38 gümüş və 35 bürünc (cəmi 103 medal) medal qazanan ABŞ-ın zirvədəki hegemonluğu davam edir.

Çin isə 28 qızıl, 25 gümüş və 19 bürünclə (cəmi 72 medal) ikinciliyi əldən vermək fikrində deyil.

Avstraliya da 18 qızıl, 14 gümüş və 13 bürünc (cəmi 45 medal) medalla üçüncü sıradakı yeri dəyişməz qalıb.

Qeyd edək ki, Azərbaycan aktivinə daha bir medal əlavə edərək Olimpiya Oyunlarında 2 qızıl, 1 gümüş və 1 bürünclə 24-cü sırada qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest