09 Avqust 2024, 17:09
FUTBOL
“Real”ın qapıçısı Tibo Kurtua “Atalanta” ilə keçiriləcək UEFA Superkuboku oyunu ilə bağlı gözləntilərini bölüşüb. Matc.az xəbər verir ki, belçikalı qolkiper İtaliya klubu barədə müsbət fikirlər səsləndirib.
Lakin Kurtua meydana qələbə üçün çıxacaqlarını bildirib: “Atalanta” yaxşı komandadı. Bütün meydançaboyu hərəkətdə olurlar. Bir neçə il əvvəl Çempionlar Liqasında oyununda qarşılaşmışdıq və çətin olmuşdu. Bilirik ki, asan görüş olmayacaq. Amma qalib gəlməyə çalışacağıq. Bizi biz edən də budu”.
Qeyd edək ki, “Real” – “Atalanta” oyunu avqustun 14-də keçiriləcək.