"Sabah" yeni sponsorluq müqaviləsi imzalayıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Belə ki, "Sədərək" Ticarət Mərkəzi bundan sonra paytaxt təmsilçisinin sponsorlarından olacaq. Müqaviləyə əsasən, ticarət mərkəzinin reklamları klubun rəsmi veb səhifəsi, sosial media hesabları ilə yanaşı, komandanın ev oyunlarını keçirdiyi "Əlincə Arena"nın müxtəlif yerlərində də əks olunacaq.

Bundan əlavə, əməkdaşlıq çərçivəsində sağlam həyat tərzinin təbliği və ölkə futboluna marağın artırılması istiqamətində birgə layihələrin həyata keçirilməsi nəzərədə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest