15 Avqust 2024, 16:22
FUTBOL
“Barselona”nın hücumçusu Vitor Roke karyerasını Portuqaliyada davam etdirə bilər. Matc.az xəbər verir ki, kataloniyalılar bu keçidlə bağlı “Sportinq”lə danışıqlar aparır.
Kataloniya klubu mövsümün startı öncəsi maliyyə problemləri ilə üzləşmişdi. Hətta klub maliyyə feyr-pleyinə görə yeni transfer Dani Olmonu qeydiyyatdan keçirə bilmirdi. “Sportinq” də Roke ilə müqavilə bağlamaqda maraqlıdı. İndi qalır icarə əsasında keçiddə ortaq məxrəcə gəlmək.
Qeyd edək ki, Viktor Roke “Barselona”ya bu ilin əvvəlində “Atletiko Paranaense”dən keçib.