Xavi Hernandes karyerasını bitirəcəyi vaxtı açıqlayıb. Matc.az saytının məlumatına görə, AS nəşrinə danışan veteran yarımmüdafiəçi mövsümün sonunda butslarını "mismardan asacağını" deyib.

"Bu, mənim futbolçu kimi sonuncu mövsümümdü, səbrsizliklə məşqçilik həyatımda nələr olacağını gözləyirəm" – deyə Xavi bildirib.

39 yaşlı oyunçu "Barselona"nın yetirməsidir. 1998-ci ildən kataloniyalıların əsas komandasında çıxış edən Xavi 8 dəfə La Liqa, 4 dəfə isə çempionlar Liqası çempionu olub. Onun aktivində həmçinin 6 İspaniya, 2 UEFA Superkuboku, 2 dəfə isə klublar arası dünya birinciyili var.

İspaniya millisinin heyətində isə Xavi 2010-cu ildə dünya, 2008, 2012-ci ildə isə Avropa çempionluğunu qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest