03 May 2019, 01:48
FUTBOL
Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda "çelsi" səfərdə "Ayntraxt"la qarşılaşıb. Matc.az saytının məlumatına görə, London klubu almanlara bərabərliyə razılaşıb – 1:1.
Bu nəticə ilə "zadəganlar" turnirdə yeni rekord müəyyənləşdiriblər. Belə ki, ardıcıl 16-cı oyunda məğlubiyyət üzü görməyən Maurisiyo Sarrinin yetirmələri bu göstəricidə hər kəsi qabaqlayıb.
Qeyd edək ki, iki komanda arasındakı cavab oyunu mayın 9-da Londonda keçiriləcək.