"Real" bir müddət əvvəl razılıq əldə etdiyi Eden Azarın keçidini bu ay açıqlamağı planlaşdırır. İspanlar Premyer Liqada mövsüm başa çatan kimi, Belçika millisinin üzvünə formanı geyindirmək niyyətindədi.

"Real" bir müddət əvvəl razılıq əldə etdiyi Eden Azarın keçidini bu ay açıqlamağı planlaşdırır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispanlar Premyer Liqada mövsüm başa çatan kimi, Belçika millisinin üzvünə formanı geyindirmək niyyətindədi.

"Kral klubu" konkret olaraq mayın 12-də bununla bağlı tədbir keçirməyə hazırlaşır. Lakin onların bu istəyinin reallaşıb-reallaşmayacağı "çelsi"nin Avropa Liqasındakı çıxışından asılı olacaq. Əgər "zadəganlar" yarımfinalda "Ayntraxt" səddini keçsə və Bakıdakı finala vəsiqə qazansa, "Real" rəhbərliyi planını ayın sonuna təxirə salmalı olacaq.

Avropa Liqasının final qarşılaşması isə mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest