Son 3 turdan ikisində qələbə qazana bilməyən və 5 xal itirərək çempionluq şansını əldən verən "Neftçi" günahkar axtarışına çıxıb. Uğursuzluğa görə özlərini sığortalamaq istəyən rəhbərlik və məşqçilər korpusu artıq "günah keçisi" tapıb.
Son 3 turdan ikisində qələbə qazana bilməyən və 5 xal itirərək çempionluq şansını əldən verən "Neftçi" günahkar axtarışına çıxıb. Matc.az xəbər verir ki, uğursuzluğa görə özlərini sığortalamaq istəyən rəhbərlik və məşqçilər korpusu artıq "günah keçisi" tapıb.
Kluba yaxın mənbənin verdiyi məlumata görə, xal itkilərinə görə, komandanın əsas qapıçısı Səlahət Ağayev günahkar elan olunub. Artıq 28 yaşlı qolkiper əvəzedici heyətə göndərilib. Səlahət mövsümün sonunadək əsas komandaya qaytarılmayacaq. Son iki oyunda çərçivəni ikinci qapıçı Aqil Məmmədov qoruyacaq.
Qeyd edək ki, Səlahət 26 Premyer Liqa matçının hamısında 90 dəqiqə meydanda olub və 22 qol buraxıb. O, həmçinin iki kubok və iki Avropa Liqası matçında forma geyinib. fanat.az