03 May 2019, 16:57
FUTBOL
"Real"ın əfsanəvi futbolçusu Raul Qonzales doğma komandasına qayıdır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, sabiq forvard bu dəfə məşqçi kimi iş başında olacaq.
Hazırda "Pro" kateqoriyalı kurslara qatılan Raul iyulun 14-də bu lisenziyaya qovuşacaq. Gələn mövsümdən etibarən o, "Real"ın ikinci komandası sayılan "Kastilya"nın "sükanı arxası"na keçəcək. Klub rəhbərliyi Raulu gələcəkdə əsas komandanın çalışdırıcısı Zinəddin Zidana layiqli əvəzləyici qismində görür.
Qeyd edək ki, Raul Qonzalers 1994-2010-cu illərdə "Real"ın əsas komandasında çıxış edib.