Fransa çempionatında mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər müəyyənləşib. Matc.az xəbər verir ki, Fransa Peşəkar Futbolçular Asossiasiyası mövsümün ən yaxşısı olmağa 5 namizədin adını açıqlayıb.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Mövsümün ən yaxşı baş məşqçisi adına Kristof Qaltye ("Lill"), Bruno Jenezio ("Lion"), David Quyon ("Reym"), Terri Lore ("Strasburq") və Tomas Tuxel (PSJ) namizəd göstərilib.

Qeyd edək ki, ötən mövsümün qalibi Loran Blan olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest