Bu gün futzal üzrə Azərbaycan Yüksək Liqasında sonuncu – XXVIII turun oyunları keçirilib. Matc.az saytının məlumatına görə, turun ilk oyununda əzəli rəqiblər – EKOL və "Araz" komandaları qarşılaşıb.

Hər iki komanda play-off mərhələsinə vəsiqəni təmin etdiyindən oyun bir növ formal xarakter daşıyırdı. Oyunun taleyini bir qol həll edib. "Araz" qələbə qazanıb.

"Xəzər Cənub" – "Liman" oyununda isə 31 qol vurulub.

 

Yüksək dəstə

XXVIII tur

EKOL – "Araz" – 0:1 (0:0)

Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, İsgəndər Əliyev

Qollar: E. Həsənzadə, 25:15

Sarı vərəqələr: F. Ələkbərov, 32:30, S. Həmzəyev, 34:32 // A. Mikaeli, 07:44, M. Nasirzadegah, 25:54

Qırmızı vərəqə: X. Bağırov, 28:50

 

"Xəzər Cənub" – "Liman" – 24:7 (12:2)

Hakimlər: Rahin Heybətov, Elvin Ağayev, Vüsal Balaşov

Qollar: Ş. Şahnazi, 01:57, 35:24, 37:54, 39:28, H. Rezvan, 03:06, 03:32, 04:00, 04:47, 09:02, 10:30, 12:33, 14:49, 21:45, 24:16, 27:05, 32:24, 33:33, 37:10, 39:49,  İ. Mirzəyev, 07:32, 16:35, 34:02, R. Təbrizi, 15:46, 27:31 – V. Ansari, 04:20, 24:40,  H. Həsənov, 18:36, 27:54, 36:54, E. Əliyev, 31:58, C. Mahmudov, 35:46

Sarı vərəqə: H. Həsənov, 22:37

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest