Rusiya Premyer Liqasında növbəti mövsüm çempionlar Liqasında mübarizə aparacaq ilk klubun adına aydınlıq gəlib. Matc.az saytının məlumatına görə, çempionatın 27-ci turunda "Axmat"a qalib gələn "Zenit" ən yaxın izləyicisi ilə xal fərqini 9-a çatdırıb.

Bununla da Sankt Peterburq klubu sona 3 tur qalmış ilk iki yerdən birini özü üçün təmin edərək 2019/20 mövsümündə çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmaq şansı qazanıb.

Maraqlıdı ki, Sergey Semakın komandası artıq bu gün çempionluğu təmin edə bilər. Bunun üçün ikinci sıradakı "Lokomotiv"in məğlub olması lazımdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest